UNİSEF: Minimum nikah yaşının 17-dən 18-ə qaldırılması qətiyyətli addımdır
Tarix: 16-12-2015, 10:41 | Çap et
UNİSEF: Minimum nikah yaşının 17-dən 18-ə qaldırılması qətiyyətli addımdır
"Azərbaycanda erkən nikahların qarşısının alınması üçün qətiyyətli işlər görülüb. İnanıram ki, Azərbaycanda yaxın gələcəkdə erkən nikah halları olmayacaq".

Trend-in məlumatına görə, bunu UNİSEF-in ölkə nümayəndəliyininn rəhbəri Andro Şilakadze "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

A.Şilakadze qeyd edib ki, Parlamentdə Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum nikah yaşının 17-dən 18-ə qaldırılması qətiyyətli bir addımdır.

Onun sözlərinə görə, qızların erkən nikah qurmasında başlıca amil savadsızlıq durur: "Mən öz qızlarını 15 yaşında ərə verən valideynləri qəbul etmirəm. Ata kimi də mən bunu qəbul etmirəm. Çünki onlar hələ öz uşaqlıqlarndan ayrılmayıblar. Uşaqlar Konvensiyası uşaqların hüquqlarını aydın şəkildə göstərir. Konvensiyada bu dövr 0-18 yaşı əhatə edir, çünki elmi baxımdan da sübut olunub ki, bu dövr uşaqlıq dövrüdür".

Nümayəndəlik rəhbəri deyib ki, biz birlikdə uşaq nikahına "yox" deməliyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net