![Neftin ucuzlaşması bu ölkədə “intihar bum”u yaradıb Neftin ucuzlaşması bu ölkədə “intihar bum”u yaradıb](/uploads/posts/2015-12/1450179965_v.jpg)
Neftin sürətli ucuzlaşması Kanada da intiharların kəskin artımına yol açıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə ölkənin Alberta vilayətində yanvar-iyun aylarında intihar hadislərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 30% artıb. Energetika sektonun önəmli rol oynadığı Saskaçevan vilayətində isə “qara qızıl”ın ucuzlaşması iqtisadi çətinliklərə və özünə qəsd hallarının 19% artmasına səbəb olub.
Kanada klinikaları isə neft sənayesində çalışan 20-50 yaş arasında kişilərin psixoloji yardım üçün müraciətlərinin kəskin artdığını qeydə alıb.
Rəsmi məlumatlar ölkədə intihar edən şəxslərin 3/4-nün 55 yaşdan aşağı kişilər olduğunu bildirir.