«MTN işi»nə görə yeni həbslər olacaq
Tarix: 15-12-2015, 14:44 | Çap et
«MTN işi»nə görə yeni həbslər olacaq
«MTN işi»nə görə yeni həbslər olacaq. Bu barədə JAM.AZ-a hüquq mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Eldar Mahmudova yaxın generallardan daha birinin həbsi gələn həftə içində reallaşa bilər. Məlumatda iddia edilir ki, sözügedən generalın haqqında cinayət işi qaldırılıb, araşdırma aparılıb. Onun həftə içində istintaqa dəvət edib, dindiriləcəyi gözlənilir. Ardından isə fakt üzrə başladılmış cinayət işinə görə, həbsi reallaşdırılacaq.

JAM.AZ-a danışan mənbə iddia edib ki, həmin generalın adı bir neçə dəfə qalmaqallarda hallanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net