![“Mənə yumruq atdı...” - Klip çəkilişində dava “Mənə yumruq atdı...” - Klip çəkilişində dava](/uploads/posts/2015-12/thumbs/1450165479_v.jpg)
Müğənni Sərdar Ortaç Hande Yenerlə klip çəkilişi zamanı yaşanan maraqlı məqamlardan danışıb.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, müğənni “İki dəli” mahnısının klip çəkilişi zamanı Handenin ona yumruq atdığını bildirib:
“Ssenari səbəbindən dava etməli idik. Hande əlinə sahib çıxmadı, mənə yumruq atdı. Az qala dişim qırılırdı, əsəbiləşdim. Mən də ona yumruq vurdum, rejissor çəkilişə fasilə vurdu. Az qala layihəni ləğv edirdik”.