Bakıda yeni cinayət üsulu - AYIQ OLUN - VİDEO
Tarix: 15-12-2015, 10:51 | Çap et
Bakıda yeni cinayət üsulu - AYIQ OLUN - VİDEO
Bakıda yeni oğurluq növü işə salınıb.

Belə ki, orta yaşlı bir kişi oğurluq etmək üçün ağlagəlməz üsuldan istifadə edir. Kadrlarda görəcəyiniz "qəhrəman" binaların bloklarına daxil olduqdan sonra elektrik təchizat qutusunda "gözaltı" etdiyi avtomatı söküb aparmaq üçün əvvəlcə qısaqapanma yaradır. O, bu yolla evdə adam olub-olmadığın müəyyənləşdirir.

Daha sonra avtomata gələn və gedən ana xətti zəif kabellə birləşdirərək avtomatı rahatlqla sökür. O, oğurladığı avtomatla birlikdə getdikdən bir neçə dəqiqə sonra isə zəif naqil qızaraq sıradan çıxır.

'Bu kadrları hüquq-muhafizə orqanlarına təqdim edərək bu alçağın yaxalanması üçün çalışacağam. Görüntülərdəki "qəhrəman"ı tanıyanlardan xahiş edirəm bu barədə məlumat yazsınlar'deyə şikayətçi vurğulayıb.

Kadrlarda gördüyünüz hadisə dekabrın 12-də saat 13 radələrində Azadlıq Prospekti metrostansiyasının yaxınlığında, S.S.Axundov 1b ünvanında baş verib.



criminal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net