![Aygün Kazımova yeni prodüserlə işə başladı Aygün Kazımova yeni prodüserlə işə başladı](/uploads/posts/2015-12/1450161567_image001.png)
Xalq artisti Aygün Kazımovanın yeni prodüseri məlum olub.
Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, prodüser Roland Bayramov bildirib ki, xalq artisti ilə işbirliyinə başlayıb.
Qeyd edək ki, R.Bayramov bu günə qədər bir çox şou-biznes nümayəndəsi ilə çalışıb. Belə ki, o Faiq Ağayev, Zamiq Hüseynov, Vasif Məhərrəmli, Emil Bədəlov və son illərdə də Natavan Həbibi ilə işləyirdi.