![Qubada 58 yaşlı kişi dəm qazından zəhərlənib Qubada 58 yaşlı kişi dəm qazından zəhərlənib](/uploads/posts/2015-12/1450158620_v.jpg)
Bu gecə Quba rayonunun Alıc kəndində zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1957-ci il təvəllüdlü kənd sakini Xeyrullayev Cahangir Seyfulla oğlu hamam otağında dəm qazından zəhərlənib. O, yaxınlarının köməyi ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindən verilən məlumata görə, C.Xeyrullayevə ilkin tibbi yardım göstərilib və vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.