“Maşın şou” qalmaqalı davam edir: “O, şeytandır...”
Tarix: 14-12-2015, 17:32 | Çap et
“Maşın şou” qalmaqalı davam edir: “O, şeytandır...”
Mən onu görəndə, elə bil, şeytan görürəm.

Axar.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov həmkarı Niyam Salami haqda “Onlar” verilişinə danışarkən deyib. O, Niyamı görmək istəmədiyini bildirib:

“Niyamla şeytanı səhv salıram, ondan iyrənirəm. Lənət oxuyuram ki, onun kimi şeytan sifətli bir insanla çörək kəsmişəm. Hələ də bilmirəm ki, mən o şeytanı evimə necə buraxmışam. Yaxşı olar ki, o gedib verilişində kartofunu qızartsın. Bilirəm ki, o, bir zaman qaça-qaça gəlib, məndən üzr istəyəcək. Çünki mən onun necə xarakterə sahib olduğunu çox yaxşı bilirəm”.

Xatırladaq ki, Kərim Abbasovla Niyam Salami “Maşın şou”da rəqib olduqdan sonra onlar arasında münaqişə yaranmışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net