Ruslar türkləri “Lujniki”dən də qovdu
Tarix: 14-12-2015, 17:29 | Çap et
Ruslar türkləri “Lujniki”dən də qovdu
Futbol üzrə 2018-ci il dünya çempionatının ev sahibi olan Rusiya oyunların keçiriləcəyi “Lujniki” stadionunun tikintisini türklərdən alıb.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dünya Kubokunun həm acılış, həm də final oyunlarının keçiriləcəyi Moskvanın “Lujniki” stadionunun tikintisini başqa şirkətin aparacağı bəyan edilib.

Moskva Şəhər İnşaat Departamentinin rəhbəri Andrey Boçkaryov bildirib ki, stadionun tikintisini türk şirkətlərinin iştirakı olmadan davam etdirməyə çalışacaqlar.

Qeyd edək ki, “Lujniki”nin tikintisi 2014-cü ildə başlayıb. Milyardlarla dollar sərmayə qoyulan layihənin 2016-cı ilin sonunda başa çatması planlaşdırılırdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net