![Avropa Liqasında “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli olub Avropa Liqasında “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli olub](/uploads/posts/2015-12/thumbs/1450096667_v.jpg)
Bu gün futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması keçirilib.
APA-nın xəbərinə görə, Türkiyə təmsilçiləri “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli olub.
“Qalatasaray” İtaliyanın “Latsio” komandası ilə qarşılaşacaq. “Fənərbağça”nın rəqibi isə Rusiyanın “Lokomotiv” (Moskva) komandası olub. Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir dövrdə iki komandanın mübarizəsi əlavə prinsipiallıq qazanıb və təhlükəsizliklə bağlı narahatlıqların ortaya çıxmasına səbəb olub.