Kreml: "Putin sabah Ərdoğanla görüşməyəcək"
Tarix: 14-12-2015, 16:23 | Çap et
Kreml: "Putin sabah Ərdoğanla görüşməyəcək"
Kremlin sözçüsü Dimitri Peskov mətbuat konfransında sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilən Rusiya-Türkiyə Üst Səviyyə Əməkdaşlıq Şurası iclasının reallaşıb-reallaşmayacağına dair suala "Xeyr, belə bir iclas planlanmır" cavabını verib.

Musavat.com xəbər verir ki, Rusiya lideri Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay Antalyada təşkil olunan "G-20" zirvəsinin ilk günündə 1 saat davam edən bir görüş keçiriblər və Türkiyə-Rusiya Üst Səviyyə Əməkdaşlıq Şurası iclasının dekabrın 15-də Rusiyada keçirilməsi mövzusunda razılığa gəliblər.

Lakin Türkiyənin noyabrın 24-də rus "Su-24" qırıcı təyyarəsini vurmasının ardından bu iclasın keçirilib-keçirilməyəcəyi hələ də sual altındadır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net