MTN adından dələduzluq edən şəxslərə hökm oxunub
Tarix: 14-12-2015, 15:39 | Çap et
MTN adından dələduzluq edən şəxslərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bulud Kərimovun və Urfan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B. Kərimov 4 il, U. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda dələduzluq ediblər. Cinayət işi üzrə 22 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net