Prezident MTN-i ləğv etdi! - Fərman
Tarix: 14-12-2015, 15:23 | Çap et
Prezident MTN-i ləğv etdi! - Fərman
Bu gün Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Mİlli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılıb.

Vertikal.az xəbər verir ki, fərmana əsasən Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə tapşırılıb ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim edilsin.

Nazirlər Kabinetinə isə Azərbaycan Respublikasının 2015-ci il və 2016-cı il dövlət büdcələrində Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin həmin illərdə fəaliyyətinin maliyyələşməsi, hər iki qurumun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat yaradılması və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net