Bu il 128 jurnalist öldürülüb
Tarix: 14-12-2015, 15:14 | Çap et
Bu il 128 jurnalist öldürülüb
Bu il 31 ölkədə 128 jurnalist öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda "Press Emblem Campaign" araşdırma mərkəzinin hesabatında bildirilib.

Məlumata görə, siyahıda ilk yerdə Suriyadır. Orada 11 jurnalist qətlə yetirilib. İraq və Meksikanın hər birində 10 jurnalist, Fransa, Liviya, Filippində hər birində 8, Braziliya, Hindistan, Cənubi Sudan hər birində 7, Pakistan və Somalidə 6, Hondurasda 5, Ukrayna və Kolumbiyada jurnalist öldürülüb. Ərazisində 3 jurnalist öldürülən Qvatemala 16-cı yerdədir. 17-18-ci yerləri ABŞ və Əfqanıstan tutub. Onların hər birində 2 jurnalist öldürülüb.
Araşdırmada qeyd edilib ki, jurnalistlər üçün ən təhlükəli bölgə Yaxın Şərqdir. Orada 38 jurnalist öldürülüb. Sonrakı yerdə Latın Amerikası (31) gəlir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net