Bakıda satıcı müştərini bıçaqladı
Tarix: 14-12-2015, 14:50 | Çap et
Bakıda satıcı müştərini bıçaqladı
Bakıda mağazalardan birində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mağazanın satıcısı müştərini başından bıçaqla vurub.

Belə ki, mağazada satıcı işləyən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Aqşin Rüstəmov Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Polad Axundovla mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevirilib. A.Rüstəmov P.Axundovun baş nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net