!["Aygün Kazımova ilə barışmayacam" - Natavan "Aygün Kazımova ilə barışmayacam" - Natavan](/uploads/posts/2015-12/thumbs/1450086405_v.jpg)
Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımova ilə barışma məsələlərinə aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, sənətçi “10-dan sonra” verilişində onunla heç vaxt barışmayacağını deyib:
“Kimləsə problemim varsa, ona üçüncü insanın müdaxiləsinə ehtiyacım yoxur. İstəmirəm kimsə desin ki, onları barışdıracam. Bu ürəkdən gəlməlidir. İlhamə xanım (xalq artisti İlhamə Quliyeva - red.) çox istədiyim insandır. O istəyir ki, sülh olsun. Bir az başqa şeylər var. Mən bu haqda İhamə xanımla danışmışam, məni anlayıb. Mən barışmaq istəmirəm, barışmayacam. Bu mənə lazım deyil. Kazımova haqqında danışmayaq. Sonra deyir ki, mənim üstümdən özünü piar edir. Mənim nəyimə lazımdır”.
Xatırladaq ki, İ.Quliyeva və prodüser Tolik N.Həbibi ilə A.Kazımovanı barışdıracağını bildirmişdi.
Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.