![Putin öz mühafizə xidmətinin rəhbərinii işdən çıxardı Putin öz mühafizə xidmətinin rəhbərinii işdən çıxardı](/uploads/posts/2015-12/1450079350_image001.png)
Rusiya prezidentinin təhlükəsizlik xidmətinə yeni rəhbər təyin olunub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin təhlükəsizliyinə bu gündən Dmitri Koçnev cavabdeh olacaq. 2013-cü ildən bu xidmətə rəhbərlik etmiş Oleq Klimentyev isə vəzifəsindən çıxarılaraq Rusiya Federal Təhlükəsizlik Xidmətinin 1-ci müavini təyin olunub.
“İzvestiya” qəzetinin məlumatına görə prezidentin təhlükəsizlik xidmətinə 2000-2013-cü illərdə Viktor Zolotov başçılıq etmişdi. 2013-cü ildə isə o, Rusiya DİN-in Daxili Qoşunlarının komandan müavini təyin olunub.