![Ölən əsgərin işi üzrə məhkəmə başlanır Ölən əsgərin işi üzrə məhkəmə başlanır](/uploads/posts/2015-12/1450077184_v.jpg)
Dekabrın 14-də Bakı Hərbi Məhkəməsində əsgər Tapdıq Babaşovun işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçiriləcək.
Tapdıq Babaşov bu il mayın 22-də Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində ölmüşdü. Yaxınları onun döyülüb öldürüldüyünü bildirir.
Hadisə ilə bağlı cinayət işi açılıb. Hərbi xidmətlərini başa vurmaq üzrə olan 3 əsgər həbs edilib.
T.Babaşov BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmişdi.(azadliq.info)