İŞİD 38 xəstə uşağı edam edib
Tarix: 14-12-2015, 10:34 | Çap et
İŞİD 38 xəstə uşağı edam edib
İraq-Şam İslam Dövləti terror qruplaşması genetik çatışmazlığı və Daun sindromlu ən azı 38 uşağı məhv edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu, Səudiyyə Ərəbistanı əsilli islamçı hakimin azyaşlıların edamının vacibliyi ilə bağlı fətvasından sonra baş verib.

Bu haqda özünün Facebook səhifəsində “Mosulun gözü” bloqu məlumat yayıb. Həmin informasiyaya görə, uşaqların əksəriyyəti İŞİD sıralarında döyüşən əcnəbi yaraqlıların yerli qadınlarla əlaqəsi nəticəsində doğulublar.

Digər məlumata görə, öldürülən uşaqlardan ən böyüyü 3 aylıq, kiçiyi isə bir həftəlik olub. Onlara ya öldürücü inyeksiya vurulub, ya da boğulublar. Edamların Suriyanın Mosul şəhərində həyata keçirildiyi bildirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net