Rusiyada baş verən yanğında 4-ü uşaq olmaqla, 6 nəfər ölüb
Tarix: 14-12-2015, 10:12 |
Çap et
Rusiyanın Kostroma vilayətində fərdi yaşayış evində baş verən yanğın nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər ölüb.
APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin nümayəndəsi məlumat verib.
Yanğının söndürülməsinə söndürülməsinə 30 nəfər, 10 texnika cəlb olunub.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.