5 min qutu siqareti Azərbaycana keçirmək alınmadı
Tarix: 9-12-2015, 16:05 | Çap et
5 min qutu siqareti Azərbaycana keçirmək alınmadı
Qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Belə ki, Qusar rayonun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində əldə olunan əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində Azərbaycana gətirilməsi üçün dövlət sərhədində kolluq ərazidə gizlədilmiş 4 bağlamada 2050 qutu “Marlboro”, 740 qutu “Richmond”, 2010 qutu “Parlament” və 200 qutu “Kent” markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net