Rusiyanın 10 ixtiraçı milyarderi - Onlardan biri Azərbaycandandır
Tarix: 9-12-2015, 15:00 | Çap et
Rusiyanın 10 ixtiraçı milyarderi - Onlardan biri Azərbaycandandır
“Forbes” jurnalının Rusiya versiyası kommersiya sahəsində patent alan milyarderlərin siyahısını hazırlayıb. Modern.az saytı jurnala istinadən xəbər verir ki, Rusiyada bizneslə məşğul olan 10 milyaderin yer aldığı reytinq cədvəlində əslən Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədən olan milyarder Zarah İliyev də yer alıb.

Reytinq cədvəlinin 10-cu pilləsində qərar tutan İliyev 6 patentə sahibdir. Bu patentlər reklam konstruksiyasına aiddir və 2005-2006-cı illərdə Rospatent və Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı “Patenscope” və Avropa patent idarəsi “Espacement” tərəfindən qeydə alınıb.

Əslən dağ yəhudisi olan İliyev Moskvada bir çox daşınmaz əmlakın – otel və ticarət mərkəzlərinin sahibi sayılır. Yeri gəlmişkən, ona məxsus ən böyük obyektlərdən sayılan “Avropa” ticarət mərkəzinin loqotipi də Azərbaycan əsilli milyarder tərəfindən patentləşdirilib.

Zarah Bensionoviç İliyev 1966-cı il sentybarın 8-də Quba yaxınlığındakı Qırmızı qəsəbədə anadan olub. 1983-cü ildə əmilərinin yanına - Moskvaya işləməyə gedib. O ilk vaxtlar Çeremuşki bazarında gül satmaqla məşğul olub. Sonradan İzmaylovsk bazarında bir neçə konteyner alaraq onları biznesmenlərə icarəyə verib. Tədricən biznesini böyüdən İliyev hazırda “Elektron cənnət” ticarət mərkəzlərinin, “Qrand” mebel evinin və “Moskva” avtomobil hipermarketlərinin sahibidir. O, eyni zamanda “Açıq Avropa” Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.

“Forbes” jurnalının məlumatına görə, 2015-ci ildə Zarah İliyevin şəxsi sərvəti 4,3 milyard dollar təşkil edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net