![Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT](/uploads/posts/2015-12/thumbs/1449653807_v.jpg)
Ötən gün Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs olunub. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham olunur.
AXCP rəhbərliyinin Nardaran olaylarında həbs olunan dini ekstremist, “Müsəlman birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadəyə dəstək verməsi, onunla əlaqədə olması haqda bundan öncə də müxtəlif məlumatlar yayılmışdı.
Fuad Qəhrəmanlının Facebook sosial şəbəkəsindəki rəsmi və qeyri-rəsmi profillərinə nəzər yetirdikdə, onun dövlət əleyhinə və radikal dindarları iğtişaşlara səsləyən çoxsaylı çağırışlarına rast gəlmək mümkündür.
![Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT](/uploads/posts/2015-12/thumbs/1449653790_vv.jpg)
Fuad Qəhrəmanlının Nardaran hadisələrindən sonra Facebook səhifəsində paylaşdığı “Haradadır İmam Hüseyn üçün ağlayıb Yezidi lənətləyənlər?” başlıqlı yazıda AXCP sədrinin müavini dindarları ayağa qalxmağa, dövlət çevrilişinə səsləyib. O, hətta dini kəsimi Tale Bağırazdəni meydanda tək buraxmaqda ittiham edib/
Fuad Qəhrəmalı ən azı onun qədər məsuliyyəti bölüşən sədri Əli Kərimlinin səhifəsində də açıq şəkildə dövlətin Nardaranda məskunlaşan terrorçu dəstənin zərərsizləşdirilməsindən narahatlığını ifadə edib.
![Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT](/uploads/posts/2015-12/thumbs/1449653775_vvv.jpg)
F.Qəhrəmanlı şərhlərində “Müsəlman birliyi” və qeyri-konstitusion yolla dövlət çevrilişinə hazırlan ekstremisləri dəstəklədiyini açıq-aşkar ifadə edib.
AXCP sədrinin müavininin dövlətçilik əleyhinə xarici qüvvələrlə işbirliyində olan Tahe Bağırzadə və dəstəsinin yanında olması təkzibolunmaz faktlarla öz təsdiqini tapır.
Proseslər onu deməyə əsas verir ki, AXCP rəhbərliyi siyasi mübarizə ilə hakimiyyətə gələ bilmədiyini dərk edərək, terrorçularla əl bir olub, dövlət çevrilişi yolu ilə iqtidara gəlməyi planlaşdırırmış. Aparılan operativ əməliyyatlar nəticəsində radikal müxalifətin bu iyrənc niyyəti ifşa olundu.
![Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT](/uploads/posts/2015-12/thumbs/1449653778_vvvv.jpg)
Fuad Qəhrəmanlı yazdığı digər bir statusda yenə Nardaranlıları qıcıqlandırmağa, hakimiyyət güclərinə müqavimət göstərməyə sövq edir:
“Əsas məqsəd dindarların ölkədə haqsızlığa qarşı mübarizədə iştirakının qarşsını almaqdır”.
F.Qəhrəmanlı adam açıq şəkildə terrorçuluğu dəstəkləyir və bunu gizlətmədən bəyan edir.
![Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT](/uploads/posts/2015-12/thumbs/1449653841_vvvvv.jpg)
Fuad Qəhrəmanlı dini çağırışlarını müxtəlif saxta profillər, səhifələr üzərindən həyata keçirib.
Məsələn, “Zühüra-doğru” adlı səhifə Fuad Qəhrəmanlını və bir neçə digər “cəbhəçi”ni işarələyərək ekstremistləri müdafiə edən çağırışları özündə ehtiva edən məlumatlar paylaşır. Şübhə yox ki, belə səhifələr məhz Fuad Qəhrəmanlı tərəfindən kurasiya edilib.
![Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT](/uploads/posts/2015-12/thumbs/1449653851_vvvvvv.jpg)