![Qardaşını öldürən bacı məhkəmə qarşısında Qardaşını öldürən bacı məhkəmə qarşısında](/uploads/posts/2015-12/thumbs/1449647290_v.jpg)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürən 18 yaşlı Baxışova Alyona Fazil qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Qafqazinfo"nun verdiyi xəbətə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə hazırlıq iclası keçirilib.
Iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesi dekabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, qətl bu il Qusar rayonun Lecet kəndində baş verib. A.Baxışova ailə münaqişəsi zəminində qardaşını qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur