Rusiya 4 gündə Suriyaya 2000 bomba atdı
Tarix: 9-12-2015, 11:13 | Çap et
Rusiya 4 gündə Suriyaya 2000 bomba atdı
Rusiya son dörd gün ərzində Suriyadakı İŞİD mövqelərinə 1920 bomba atıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi öz Tvitter səhifəsində yayıb. Nazirlik həmçinin bu bombardmanlar sayəsində İŞİD-in 21 təlim bazasını, 43 anbarını və 6 neft obyektini məhv etdiyini bildirib.

Rusiya öz ərazisində yerləşən Mozdok aerodromundan da Suriyaya uçuşlar həyata keçirib. Tu-22m3 bombardmançıları vasitəsilə 60 uçuş reallaşdırılıb və terrorçuların 30 obyekti məhv olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net