FaktXəbər-imn verdiyi məlumata görə, SOCAR-da elektrik işləyən Bəhruz Babayev də «Günəşli» faciədə xilas olunanlar arasında olub. O, bu dəhşətli anların fotosunu çəkərək, əbədiləşdirə bilib.
Xatırladaq ki, dekabrın 4-də dənizdə baş verən tufan nəticəsində «Günəşli» yatağındalı 10-cu dərin dəniz özülündəki qaz xətti sıradan çıxır və dəhşətli yanğın baş verir. Hadisə zamanı plaftormada olan 63 işçidən 33-ü 27 saatdan sonra xilas edilə bilib. Qalan 29 nəfəri isə itkin düşmüşdü. Artıq itkin düşənlərdən 7-sinin cəsədi aşkarlanıb. Axtarışlar davam etdirilir.

