![İki gənc bir-birini bıçaqladı İki gənc bir-birini bıçaqladı](/uploads/posts/2015-12/1449643005_v.jpg)
Gəncədə bıçaqlanma hadisəsi baş verib. İki gənc aralarında yaranan mübahisə zəminində bir-birini bıçaqlayıb.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Şəhərin Üzeyir Hacıbəyov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Faiq Zahid oğlu Sadıqovla F. Əliyev küçəsi, döngə 2, bina 15-də yaşayan 1996-cı il təvəllüdlü Hüseyn Namiq oğlu Mayılov bir-birini bıçaqlayıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Xəstəxanadan hər iki yaralının vəziyyətinin orta-ağır olduğunu bildirdilər.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İki gəncin bir-birini bıçaqlamasının dəqiq səbəbləri bilinmir.