ABŞ hücum edəcəyi 5 ölkənin adını açıqladı
Tarix: 9-12-2015, 10:26 |
Çap et
İŞİD və digər terror təşkilatları üzərində qələbə qazanmaq üçün mütləq yerüstü əməliyyatlar keçirmək lazımdır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer söyləyib. Onun sözlərinə görə, bu addım həmin ölkələrdən qaçan qaçqınların geri dönməsinə şərait yaradacaq:
“Biz əməliyyatları Suriya, İraq, Nigeriya, Çad və Kamerunda keçirməliyik. Lakin bizim hücumlarımız təkcə radikallar üzərində qələbə ilə bitməməlidir. Biz həmçinin terror təşkilatlarının maliyyə mənbələrini kəsməliyik”.