![Atışmaya görə 28 min dollar borc alıblar Atışmaya görə 28 min dollar borc alıblar](/uploads/posts/2015-12/thumbs/1449641963_v.jpg)
Ötən həftə Kaliforniyada 14 nəfəri qətlə yetirmiş cütlük onlayn kreditordan 28 min dollar borc götürübmüş. Bu barədə təhqiqatçılar dekabrın 8-də məlumat yayıblar.
Hücumdan 2 həftə öncə bu məbləğ 28 yaşlı Syed Rizwan Farook-un bank hesabına qoyulub. Borc San Fransiskoda mənzillənən Prosper onlayn kredit xidmətindən götürülüb, maliyyələşmə WebBank.com vasitəsilə həyata keçirilib.
Cinayətin bu cür maliyyələşdirilməsinə əvvəl rast gəlinməyib. Məlumatlara görə, Farook noyabrın 20-də kreditin 10 minini çıxarıb və ola bilsin, həmin pulu dostu və uzaq qohumu Enrique Marquez-dən iki AR-15 avtomat silahının alınmasın sərf edib.
Qanlı hadisədən bir neçə gün əvvəlsə Farook-un anası Rafia-nın hesabına 5 min məbləğində azı 3 transfer olunub. Cütlük hadisə yerinə getməmişdən körpə qızlarını nənəsinin yanında qoyub.