“Gizli təşkilatlar öz maraqlarını Azərbaycanda da həyata keçirmək niyyəti güdürlər”
Tarix: 8-12-2015, 16:54 | Çap et
“Gizli təşkilatlar öz maraqlarını Azərbaycanda da həyata keçirmək niyyəti güdürlər”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı sərəncam imzalayıb.

Həmin sərəncamda, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim edilməsi və digər tövsiyyələr öz əksini tapıb.

Görəsən, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bu məsələ necə tənzimlənəcək?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi ilə əlaqədar imzaladığı sərəncamı müsbət dəyərləndirir: “Bu sərəncamı dövlətin din sahəsində mühüm istiqamət olan dini etiqad azadlığı ilə bağlı siyasətində yeni mərhələ hesab etmək olar. Mənim fikrimcə, son vaxtlar dünyada radikallaşmış qüvvələr İslam dini altında öz məkrli siyasətlərini həyata keçirməkdə israrlıdırlar. Buna misal olaraq Yaxın Şərqi və Avropada baş vermiş terror aktlarını göstərmək olar. Bu radikal qüvvələri idarə edən gizli təşkilatlar öz maraqlarını Azərbaycanda da həyata keçirmək niyyəti güdə bilərlər. Ona görə də, dövlətin din pərdəsi altında gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almağa yönəlik siyasətinə yenidən baxması zəruri idi”.

QHT sədri qeyd edib ki, Prezidentin məlum sərəncamının qüvvəyə minməsi bir sıra dövlət qurumlarının, o cümlədən, hüquq-mühafizə orqanlarının bu sahədəki səylərini daha da gücləndirməyə xidmət edəcək: “Hamıya məlumdur ki, Azərbaycan ta qədimdən Qərb və Şərq mədəniyyətini özündə birləşdirən ölkə kimi tanınır və burada dini-mənəvi irsə ehtiram, tolerantlıq ənənələrinin kökü də qədimə gedib çıxır. Sözügedən sərəncamda söhbət təkcə İslam dinindən getmir. Azərbaycanda əsrlər boyu İslam dini ilə yanaşı digər dinlər də mövcud olub, burada tarixən müxtəlif inancların daşıyıcıları, fərqli dini konfessiyaların nümayəndələri tarix boyu əmin amanlıq şəraitində yaşayıblar, kilsələr, sinaqoqlar, müxtəlif dini məbədlər məscidlərlə yanaşı fəaliyyət göstərib. Azərbaycan öz dövlət müstəqilliyinə qovuşandan sonra da müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini daim öz üzərlərində hiss ediblər”.

Xanoğlan Əhmədov əlavə edib ki, məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da normal fəaliyyət göstərməyə, yeniləri inşa edilməyə başlayıb: “Bir məsələni də qeyd edim ki, Azərbaycan, eləcə də onun paytaxtı təkcə qədim, antik mədəniyyəti ilə deyil, eyni zamanda müasirliyi ilə də fərqlənir. Ölkəmizi dünyada yaxşı mənada tanıtdıran və ölkəmizə qarşı rəğbət hissi oyadan amillərdən biri də budur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, iqlimi və təbii sərvətləri ilə yanaşı burada hökm sürən tolerantlıq ab-havası da dünya üçün nümunəvi model hesab olunmalıdır. Bir sözlə, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan dünyəvi dövlət olduğu üçün dini qanunlarla deyil, dinyəvi qanunlarla idarə olunmalıdır".

Sonda QHT sədri qeyd edib ki, Şərqin ilk demokratik respublikası sayılan Azərbaycanı bu yoldan çəkindirməyi məşq edənlər yanlış yol tutduqlarını anlamalıdırlar: “Azərbaycan öz seçimini edib. Başqa alternativlər Azərbaycan üçün məqbul sayıla bilməz. Hesab edirəm ki, Azərbaycanın ictimai sektoru da bu sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsində dövlətə yardımçı olmalıdrlar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net