Heç kim "Türk axını" layihəsinin gələcəyi barədə suala cavab verə bilmir
Tarix: 8-12-2015, 16:45 | Çap et
Heç kim "Türk axını" layihəsinin gələcəyi barədə suala cavab verə bilmir
"Hazırda heç kim "Türk axını" təbii qaz kəməri layihəsinin gələcəyi barədə suala cavab verə bilmir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın "Qazprom" Şirkətinin İdarə Heyətinin sədr müavini Valeri Qolubev bildirib.

"Ümid edirəm ki, ağıllı məntiq qalib gələcək. Türkiyə və Avropadan olan tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətimiz normallaşacaq", - deyə "Qazprom" rəsmisi qeyd edib.

Qeyd edək ki, dekabrın 3-də Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını”nın reallaşdırılması ilə bağlı Türkiyə və Rusiya arasında hökumətlərarası danışıqların dayandırıldığını söyləyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net