İşığa görə iri borcları ödəniş terminallarında ödəmək mümkün deyil
Tarix: 8-12-2015, 16:32 | Çap et
İşığa görə iri borcları ödəniş terminallarında ödəmək mümkün deyil
"Komtec" şirkəti (MilliÖN ödəniş terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) "Azərişıq" ASC-nin borcları 500 manatdan artıq olan abonentlərinin ödənişlərinin qəbulunu dayandırıb. Bunu Trend-ə şirkətdən deyiblər.

"Komtec"dən bildiriblər ki, MilliÖN terminallarında ödənişlər ASC-nin şirkətə daxil olan sorğusuna müvafiq olaraq dayandırılıb: "Borcları 500 manatdan artıq olan "Azərişıq" abonentləri borcun qismən və ya tam ödənilməsindən asılı olmayaraq, ASC-yə müraciət etməlidirlər. Bu yeniliyin digər terminallarda tətbiq ediləcəyi də istisna edilmir".

"Modenis" şirkətindən isə Trend-ə bildiriblər ki, "eManat" terminallarında da "Azərişıq" ASC-yə 500 manatdan artıq olan borcları ödəmək mümkün olmayacaq: "Bununla belə, şirkətdən ödənişin dayandırılacağı müddəti açıqlamayıblar".

Hazırda Azərbaycanın ödəniş terminalları bazarında "Expressbank" ASC-yə məxsus "ExpressPay" terminalları da var. Bankdan deyiblər ki, "Expressbank"a ASC-dən ödənişlərin dayandırılması barədə sorğu hələ daxil olmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net