Ərdoğanın İŞİD-lə neft biznesində ittiham etdiyi "şahmatçı" ABŞ-dan 50 milyard istədi
Tarix: 8-12-2015, 16:13 |
Çap et
FİDE-nin prezidenti Kirsan İlümjinov onun adını sanksiyalar siyahısına daxil etdiyi üçün ABŞ Maliyyə nazirliyindən 50 milyard dollar təzminat almaq niyyətindədir.
Avropa.info xəbər verir ki, öz, özünü mənəvi və maddi zərər yetirildiyi fikrindədir.
“Vaşinqtona gəlib bütün suallara ictimai şəkildə gəlmək fikrindəyəm. Hesab edirəm ki, bu ittihamlar ya səhvdir, ya da təxribat Mənəvi ziyana uöradığım üçün vəkillərim 50 milyard dollar məbləğində iddia veriblər” – deyə İlümjinov bildirib.
O, verdiyi mətbuat konfransında bəyan edib ki, neft ticarəti ilə heç bir əlaqəsi yoxdur. FİDE prezidenti nə hökumətlərlə, nə də hüquqi şəxslərlə bağlı olmadığını bildirib. İlümjinov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da məhkəməyə verəcəyini bildirib, əgər Ərdoğan onu şəxsən İŞİD-lə neft ticarətində ittiham etsə.
Qeyd edək ki, 25 noyabrda ABŞ Maliyyə nazirliyi FİDE prezidentini İŞİD-dən aldığı nefti Suriya rejiminə satmaqda ittiham edərək, adını sanksiyalar siyashısına salmışdı.