İŞİD Rusiyanın daha 5 casusunu edam edib
Tarix: 8-12-2015, 14:52 |
Çap et
Rusiyanın LifeNews saytınının Şimali Qafqaz təhlükəsizlik orqanlarına istinadən verdiyi məlumata görə, İŞİD keçən həftə öldürdüyü Məhəmməd Xasiyevlə birgə daha 5 rusiyalını edam edib.
Avropa.info xəbər verir ki, ilkin məlumata görə, onlar İŞİD daxilində Rusiya kəşfiyyatı üçün casusluqla məşğul olurlarmış. İŞİD rəhbərliyi şübhələndiyi üçün onların da həyatına son qoyub. Hal-hazırdan qurbanlarının cəlladlarının kimliyi araşdırılır.
Qeyd edək ki, keçən həftə əsl adı Yevgeni Yudin olan Məhəmməd Xasiyev İŞİD-ə qoşulmuş Rusiya vətəndaşı Anatoli Zemlyanka tərəfindən kamera qarşısında edam edilmişdi. İŞİD həmin şəxsi Rusiya xeyrinə casusluqda ittiham etmişdi.