“Günəşli”dəki hadisəni kamikadze törədib?
Tarix: 8-12-2015, 14:49 | Çap et
“Günəşli”dəki hadisəni kamikadze törədib?
Baş verən hadisədə kamikadze izi axtarmaq nə qədər doğrudur?

Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl musavat.com-a açıqlama verib.

O bildirib ki, hadisənin terror olmasının ehtimalı çox azdır “Kamikadzelər hansısa terror hadisəsini törədirlərsə, həmin şəxsləri göndərən terror təşkilatı bu barədə açıqlama verir. Deyirlər ki, kamikadzeləri hadisəni törətmək üçün filan məsələyə görə biz göndərmişik. Burada isə kamikazde söhbəti sadəcə olaraq fantaziyadır. Digər bir ehtimal da var ki, Xəzər ətrafında hansısa bir dövlət hava haqqında məlumatı öncədən bildiyi üçün kimisə dalğıc kimi göndərə bilər. Həmin şəxslər də platformaya mina qoyub gedə bilərlər. Bu da elə fantaziyaya yaxın bir şeydir, amma versiyalardan biridir. Ümumiyyətlə, terror məsələsi bu hadisədə çox aşağı plandadır. Kamikadze ehtimalı da həmçinin”.

İ.İsmayıl bildirib ki, adətən terror hadisələrini fanatik dindarlar törədir: “Bu işləri adətən fanatik dindarlar edir. Onlar da terror törətmək istəsələr çətin şəraitə, dənizə getməyə nə ehtiyac var? İnsanların çox olduğu yerdə partlayış törədərdilər. “Günəşli”də baş verən faciəvi hadisədə sadəcə olaraq səhlənkarlıq var. Hava haqqında məlumat əvvəlcədən hər kəsə məlum idi. Belə olan halda təxminən beş struktur gücləndirilmiş iş rejiminə keçməli idi. Onlar isə bu işi görməyiblər. Orada növbətçilər saxlamaq lazım idi. Yoxsa qazmaçılar, tikinti ilə məşğul olanları həmin şəraitdə orada saxlamağa gərək yox idi. Minimum adam saxlamaq və onların da təhlükəsizliyinə zəmanət verilmək lazım idi. Adicə, digər şirkətlər öz işçilərini zamanında sahilə göndəriblər. Düşünüblər ki, belə bir hadisə baş verə bilər. Hadisə baş verən platformada isə qeyd etdiyim kimi səlhənkarlıq olub. Bunu isə kimin üstünə yıxacaqlar özləri bilərlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net