![İki uşaq anası özünü asdı - 23 yaşı var... İki uşaq anası özünü asdı - 23 yaşı var...](/uploads/posts/2015-12/thumbs/1449562668_v.jpg)
Bakıda intihar hadisəsi baş verib. Vertikal.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən virtualaz.org-a bildiriblər ki, dekabrın 7-də 1991-ci il təvəllüdlü, iki uşaq anası Nəbiyeva Nərmin İlham qızı “28 May” qəsəbəsində yerləşən evində özünü asıb.
Həyat yoldaşı onun meyitini asılmış vəziyyətdə səhər saat 7-də aşkar edib.
İlkin araşdırma zamanı məlum olub ki, intihardan əvvəl ailədə konflikt yaşanıbmış. Hazırda istintaq hadisənin konkret hansı səbəbdən baş verdiyini araşdırır.