Xodorkovskiyə cinayət işi açıldı - Axtarışa verildi
Tarix: 8-12-2015, 11:05 | Çap et
Xodorkovskiyə cinayət işi açıldı - Axtarışa verildi
Rusiya hüquq-mühafizə orqanları YUKOS-un sabiq prezidenti Mixail Xodorkovkini axtarışa veriblər.

Avropa.info xəbər verir ki, ona qarşı Nefteyuqansk meri Vladimir Petuxovun qətli ilə bağlı cinayət işi açılıb. Bu haqda İnterfaksa məlumatlı mənbə bildirib.

Məlumata görə, İstintaq Komitəsinin növbəti addımı Xodorkovskini beynəlxalq axtarışa vermək olacaq. Onun mətbuat katibi Külle Pispanen bildirib ki, Xodorkovskinin ev ünvanı hamıya məlumdur. Bu ünvanı onun saytından da tapmaq olar.

Qeyd edək ki, sabiq YUKOS prezidenti 2003-cü ilin oktyabrından 2013-cü ilin 20 dekabrınadək həbsdə olub. Həbsdən çıxdıqdan qısa müddət sonra Rusiyanı tərk edib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net