![Əli Əhmədov xəsarət alan neftçilərə baş çəkib Əli Əhmədov xəsarət alan neftçilərə baş çəkib](/uploads/posts/2015-12/1449495494_v.jpg)
Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov xəsarət alan neftçilərə baş çəkib. Modern.az xəbər verir ki, baş nazirin müavini Neftçilər Xəstəxanasında "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkib və onların vəziyyətləri ilə tanış olub.
Qeyd edək ki, bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicələri davam edənlərə ARDNŞ-nin I vitse-prezidenti Xoşbəxt Yusifzadə, Milli məclisin Səhiyyə Komitəsinin üzvləri baş çəkib.