Terrorçular Suriyanın şimalında yerləşən Hələb şəhərini raketlərdən atəşə tutublar. Mərmilərdən biri şəhərin əl-Muhafaz məhəlləsindəki Rusiyanın keçmiş konsulluğunun binası yaxınlığında partlayıb.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, partlayış nəticəsində üç dinc sakin həlak olub, 5 nəfər yaralanıb.

