Nobel mükafatçısı: “Allah Putinə ağıl versin”
Tarix: 7-12-2015, 17:05 | Çap et
Nobel mükafatçısı: “Allah Putinə ağıl versin”
2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülən ABŞ-da yaşayan Türkiyə alimi Əziz Sancar Rusiya ilə Türkiyə arasında Su-24 hərbi təyyarəsinin vurulmasından sonra yaranan gərginliklə bağlı açıqlama verib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, o, Rusiyanın hadisədən sonrakı mövqeyini kəskin tənqid edib.

“Allah Rusiyanın dövlət başçısı Vladimir Putinə ağıl versin. 1880-ci il dövrü, çarlıq dövrü keçdi. Artıq xəstə Türkiyə deyil, Rusiyadır. Bütün etdikləri dəliliklər, həm Rusiyaya, həm Türkiyəyə, həm də dünyaya zərərlidir. Rus milləti ağılını başına toplayıb Putin haqqında bir şey edərlər”, - Nobel mükafatçısı deyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net