Mübariz Qurbanlı: Əsas olan İranın rəsmi mövqeyidir
Tarix: 7-12-2015, 16:59 | Çap et
Mübariz Qurbanlı: Əsas olan İranın rəsmi mövqeyidir
"İranda kimlərsə Azərbaycanın daxilində, Nardaranda baş verən hadisələrə özləri bildikləri kimi qiymət vermək istəyiblər ki, bu da yolverilməzdir".

Bunu bu gün Bakıda "Dini radikalizmlə mübarizə: əsas hədəflər" mövzusunda keçirilən konfransda jurnalistlətə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, əsas olan İranın rəsmi mövqeyidir: "Həm İranın Azərbaycandakı səfirliyinin, həm də İran parlamentinin spikeri Əli Laricaninin Nardarandakı hadisələrlə bağlı açıqlamasında birmənalı şəkildə qeyd olundu ki, İran bu hadisələrdə heç bir halda iştirak etmir. Dolayısilə İran tərəfi də Nardarandakı təxribatçı, ekstremist qrupların hərəkətlərini pislədiklərini bəyan edir".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net