“Dövlət Əmək Müfəttişliyi çoxsaylı orta və ciddi xəsarətləri gizlədir”
Tarix: 7-12-2015, 14:47 | Çap et
“Dövlət Əmək Müfəttişliyi çoxsaylı orta və ciddi xəsarətləri gizlədir”
Bəzən dövlət və özəl istehsalat sahələrində texniki-təhlükəsizlik qaydalarına əməl olunmaması, səhlənkarlıq və məsuliyyətsizlik səbəbidən baş verən bədbəxt hadisələr nəticəsində insanlar ya həyatlarını itirir, ya da ciddi xəsarət alaraq şikəst olurlar.

4 dekabr tarixində Xəzər dənizindəki “Günəşli” palatforrmasında baş verən bədbəxt hadisə nəticəsində də 2 nəfərin öldüyü və 29 nəfərin də itkin düşdüyü məlumdur. İtkin düşənlərin sağqalma ehtimalı artıq sıfıa enib. Bu hadisənin qəza, təbii fəlakət, texniki-təhlükəsizlik qaydalarına əməl olunmaması, məsuliyətsizlik səbəbindən baş verdiyi barədə müxtəlif iddialar səsləndirilir.
Bəs görəsən bu gün ölkəmizdə istehsalat sahəsində texnik-təhlükəsizlik qaydalarına əməl olunma vəziyyəti hansı durumdadır ? Baş verən bu tipli hadisələrin qarşısnı almaq üçün tədbirlər görülürmü ?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Modern.az-a açıqlamasında istehsalat qəzalarına əsas səbəb kimi hadisəyə səbəb olan faktorların əvvəlcədən bilinməli olduğunu göstərib: “Azərbaycanda riskli peşə sahələri var, bunlar 134 kateqoriyaya bölünür. Dəniz və neft platformaları rislki iş sahələridir. Texniki-təhlükəsizlik qaydalarına “Günəşli”də nə dərəcədə əməl olunmasına gəlincə, onu demək hələ tezdir. Çünki araşdırma aparılmalıdır. Komissiya işləyir. SOCAR-ın 1-ci vitse prezidenti Xoşbəxt Yusifzadə dedi ki, neftçilərin minim yıxıldıqları xilasetmə qayıqları gələcəkdə dəyişdirilməlidir. Təbii ki, bunlar vaxtında dəyişdirtilməli idi. Əlavə təhlükəsizlik görülməlidir. Çünki qəza güclü külək nəticəsində baş verib. Təbii fəlakət faktoru da var".

S.Məmmədov neft və qaz sahələrində təhlükəsizlik qaydalarına əməl olunması məsələsindən danışarkən deyib ki, Azərbaycandakı xarici şirkətlərdə bu, gözlənilir:
“Texniki-təhlükəsizlik qaydaları baxımından “Günəşli”dəki hadisədə təbii fəlakət, təbii faktorlar hesablanmalı və proqnozlaşdırılmalı idi. Amma yenə də görürük ki, Meksikada baş vermiş hadisə də də BP kimi nəhəng şirkət yanğının və insan tələfatının qarşısında aciz qaldı. Bəzən qaçılmaz olur belə hallar” .

Sahib Məmmədov “Günəşli” platformasındakı məlum bədbəxt hadisəyə görə səhlənkarlıq etmiş, günahkar insanların ciddi cəzalandırılmalı olduğunu vurğulayıb: ““Günəşli”də baş vermiş məlum bədbəxt hadisə ilə bağlı araşdırma aparıldıqdan sonra səbəblər məlum olacaq. Belə hadisələrə görə kiminsə istefası, yaxd vəzifəsini tərk etməsi kifayət deyil. Çünki ortada insan ölümü, insan itkisi var. Burada insan səhlənkarlığı, təhlükəsizlik qaydalarına əməl olunmamsı kimi məsələlər öz təsdiqini tapsa, səbəbkarlar hökmən cinayət məsuliyyətinə alınmalı, ciddi şəkildə cəzalandırılmalı, həbs olunmalıdırlar”.

Ekspert ölkədə bu sahədə qəzalar nəticəsində baş verən ciddi xəsarətlərin gizlədildiyini və belə hadislərin baş verməsinə əsas olan səbəbləri də açıqlayıb: “Dövlət Əmək Müfəttişliyi Xidməti hər dəfə istehsalatda texniki-təhlükəsizlik ucbatından insan ölümünə və xəsarətinə səbəb olanlarla bağlı statistika və hesabat hazırlayır. Amma ki, bu xidmət tərəfindən ölkədə baş verən çoxsaylı orta və ciddi xəsarətlər gizlədilir. Peşə xəstəlikəri ilə bağlı isə ümumiyyətlə Səhiyyə Nazirliyində uçot aparılmır. Biz onların rəqəmlərini görürük. Bizdə bu gün elə imkanlar yoxdur ki, araşdıraq. Əəmək və istehsalat sahələrindəki bu kimi bədbəxt hadisələrin baş verməsinə əsas səbəb qeyri-formal əmək bazarıdır. Əgər işəgötürənlə işçi arasında müvafq əmək müqavilələri hər yedə bağlansa, hər iki tərəfdə böyük məsuiyyət hissi olar. Ona görə də belə hadisələr yaşanır. Əmək müqaviləsi olmayan sahələrdə hətta hadisə baş verəndən sonra kompensasiya, həyat sığortası pulundan da söhbət gedə bilməz” .





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net