Telekanal rəsmisi: "Reklamları da dayandırdıq"
Tarix: 7-12-2015, 13:07 |
Çap et
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində 1 günlük matəm elan olunduğu andan, Region TV həmin günə olan efir proqramında dəyişiklik etmişdir".
Bunu mətbuata açıqlamasında Region TV-nin mətbuat katibi İsmayıl Həsənov bildirib.
Kanal rəsmisi eyni zamanda onu da vurğulayıb ki, efir proqramındakı dəyişiklik 3 gün müddətində davam edəcəkdir.
İ. Həsənov: "Reklam yayımı haqqında Qanunun 20.8-ci maddəsini əsas tutaraq, matəm günü efirimizdə reklam xarakterli teleməhsulların da yayımını dayandırdıq. "Region TV" kollektivi olaraq, faciə nəticəsində vəfat edənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik".