Polisə yalandan "“Park Bulvar”da bomba var" dedi, 6 il iş aldı
Tarix: 7-12-2015, 12:51 | Çap et
Polisə yalandan "“Park Bulvar”da bomba var" dedi, 6 il iş aldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisə yalan məlumat verməkdə təqsirləndirilən Kəlbəcər rayon sakini İsmayıl Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, İ. Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən "Park Bulvar" ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxs müəyyən edilib. Həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış 1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlu olması bəlli olub. O, polis tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı 45 yaşlı İ.Allahverdiyevin bir neçə nəfərə 200 min manatdan çox pul borclu olması üzə çıxıb.

O, ilkin ifadəsində qeyd edib ki, özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net