![Neft Daşlarında dənizə düşən 3 neftçi tapılmayıb Neft Daşlarında dənizə düşən 3 neftçi tapılmayıb](/uploads/posts/2015-12/1449473190_v.jpg)
Dekabrın 4-də saat 12:30 radələrində güclü tufan nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 saylı özülündə köşk qarışıq dənizə düşən neftçilər hələ də tapılmayıb.
Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.
M.Qəhrəmanlının sözlərinə görə, “Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərlə yanaşı Neft Daşlarında da itkin düşənlərin axtarışı davam edir. Lakin hələlik axtarışlar nəticə vermir.
Qeyd edək ki, qəzanın baş verdiyi gün səyyar aqreqatın motorçusu, 1961-ci il təvəllüdlü Bəhmən Cəfərovun cəsədinin tapıldığı ilə bağlı məlumatlar verilmişdi.
B.Cəfərovun yaxınları virtualaz.org saytına müraciət edərək yayılan məlumatları təkzib ediblər. Onların sözlərinə görə, FHN neftçilərin axtarışlarını davam etdirir. Axtarış-xilasetmə işlərinə nazirliyin vertolyotları və gəmiləri cəlb olunub.