Neft maqnatından şok: “Gələn il Ukraynada...”
Tarix: 3-12-2015, 16:52 | Çap et
Neft maqnatından şok: “Gələn il Ukraynada...”
Ukrayna siyasi cəhətdən artıq bankrot olub.

Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə açıqlamasında ukraynalı milyarder Dmitri Firtaş söyləyib. Onun sözlərinə görə, Ukraynada 2016-ci ilin əvvəlində hakimiyyət dəyişikliyi olacaq:

“Mən Ukrayna hakimiyyətinin konstruktiv reformlar aparacağına ümidimi itirmişəm. Ukraynaya mütləq hərəkət lazımdır və bu siyasi dəyişikliklərlə müşahidə olunacaq. İndiki hökumət hakimiyyəti nə qədər tez tərk etsə, insanlar üçün o qədər yaxşı olacaq. Əgər hakimiyyət indi istefaya getməsə, çox güman ki, bunu yazda edəcəklər”.

Qeyd edək ki, Dmitri Firtaş Ukrayna milyarderidir. Onun sərvəti 2013-cü ilin hesabatına əsasən, 3 milyard dollar səviyyəsində dəyərləndirilir. Firtaş Rusiya ilə xüsusi “Qazprom”la geniş əlaqələrə malik olan şəxslərdəndir. Energetika, kimya sahəsində böyük şirkətlərə sahib olan Firtaş 10-dan çox ölkədə zavodlara malikdir. Maydan zamanı Firtaş həm də Ukrayna müxalifətinin əsas dayaqlarından hesab olunurdu. Lakin Ukrayna hökumətinin əsas dəstəkçilərindən olan ABŞ bu şəxsi axtarışa verib. Hazırda Odessa qubernatoru olan Mixail Saakaşvili də Dmitri Firtaşa qarşı kəskin tənqidləri ilə seçilir. Saakaşvili Firtaşın Ukrayna hakimiyyətinə təsir etdiyini və onun öz maraqları çərçivəsində idarəsinə çalışdığını bildirib.

Dmitri Firtaş 2014-cü ildən bu yana Ukraynada yaşamır. Buna əsas səbəb Kiyevin onu ABŞ-ın tələbi ilə həbs etmək niyyəti olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net