İlham Əliyevlə Əhməd Davudoğlu arasında təkbətək görüş
Tarix: 3-12-2015, 15:28 | Çap et
İlham Əliyevlə Əhməd Davudoğlu arasında təkbətək görüş
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə baş naziri Əhməd Davudoğlu arasında təkbətək görüş başlayıb.

Təkbətək görüşdən sonra geniş tərkibdə görüş keçiriləcək.

* * *14:35

Bu gün Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə baş nazirini Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Türkiyə baş nazirinə, Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycan prezidentinə təqdim olunub.

Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu rəsmi foto çəkdiriblər.

İlham Əliyevlə Əhməd Davudoğlu arasında təkbətək görüş
İlham Əliyevlə Əhməd Davudoğlu arasında təkbətək görüş
İlham Əliyevlə Əhməd Davudoğlu arasında təkbətək görüş
İlham Əliyevlə Əhməd Davudoğlu arasında təkbətək görüş





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net