MTN Azərbaycana ova gələn ərəb şeyxlərini yoxlayıb
Tarix: 3-12-2015, 12:46 |
Çap et
“Salyana ov etmək üçün gələn ərəb şeyxlərinin lisenziyaları var”.
Bu haqda Modern.az-a şeyxlərin Salyanda qaldıqları “Kür” otelindən məlumat verilib. Bildirilib ki, Qətərin energetika və sənaye naziri deyil. Bildirilib ki, Azərbaycana gələnlər Qətıər şeyxinin oğludur.
“O bura 6 nökəri, 2 aşbazı və 1 tərcüməçisi ilə gəlib. 11 nəfərdilər. 2-3 gündür burdadırlar və sabah gedəcklər. Bura özləri ilə ov quşlarını da gətiriblər. Onlar Salyana gəlməmişdən qabaq Bakıda qalıblar və orada ikən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər, lisenziya alıblar.
Bura gələrkən də Milli Təhlükəsizlik Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onları yoxlayıblar və lisenziyanın bir surəti də onlara verilib”.
Qeyd edək ki, Azərbaycana ərəb şeyxləri ov etmək üçün tez-tez gəlirlər. Onlar əsasən Sarısu gölü ətrafında quşların ovu ilə məşğuldurlar.