Səudiyyə kralı Obama ailəsinə nələr hədiyyə edib? - SİYAHI
Tarix: 3-12-2015, 12:42 | Çap et
Səudiyyə kralı Obama ailəsinə nələr hədiyyə edib? - SİYAHI
Ötən il Obama ailəsinə verilən hədiyyələrin ümumi dəyəri 1,5 milyon dollar təşkil edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ağ Saray ötən il ABŞ-a ziyarətə gələn dünya liderlərinin prezident Barak Obamaya bağışladıqları hədiyyələrin siyahısını açıqlayıb.
Bu hədiyyələrin içində ən dəyərlisi isə, mərhum Səudiyyə kralı Abdullahın bağışladıqları olub.
Kral Vaşinqton ziyarətində Obamaya hər biri 18 min dollar dəyərində olan qızıl və gümüşdən 2 qol saatı ilə, Məkkədəki saat qülləsinin aksessuarını hədiyyə edib.
Kralın Obamanın xanımı Mişelə etdiyi hədiyyə isə 1,3 milyon dəyərində almaz və zümrüddən hazırlanmış gərdanlıq olub. O, Obamanın qızlarına 80 min dollarlıq bijüteriya hədiyyə verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net