«Austrian Airlines» şirkəti Bakıya uçuşları dayandırır
Tarix: 3-12-2015, 12:36 |
Çap et
Avstriyanın Hava Yolları şirkəti - «Austrian Airlines» Bakıya uçuşları dayandırır.
Bu barədə fins.az-a “Austrian Airlines”ın Bakı nümayəndəliyindən bildirilib. Xatırladaq ki, indiyədək adı çəkilən şirkət Bakı-Vyana reysləri həyata keçirirdi.
Şirkətdən bildirilib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsi və sərnişinlərin sayının azalmasıdır. «Tələbatın aşağı düşməsii ilə əlaqədar olaraq «Austrian Airlines» Vyana-Bakı reyslərinin ləğv edilməsini qərara alıb»,-deyə şirkətdən bildirilib.
Adı çəkilən reys yanvarın 12-dən etibarən dayandırılır. «Sonucu reys yanvarın 11-də həyata keçiriləcək, ləğv edilən reyslərin sərnişinlərinə alternativ variantlar təklif olunacaq»,-deyə şirkətin məlumatında bildirilir.
Şirkət yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyib.